Lavrov Putinin səhhətindən DANIŞDI

img

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Rezonans.az xəbər verir ki, İtaliyanın “Mediaset” teleşirkətinə müsahibəsində rusiyalı nazirə Putinin səhhəti ilə bağlı sual verilib.

 

Lavrov prezidentin səhhətinə şübhə edənlərə onun qəbul etdiyi xarici qonaqlara müraciət etməyi tövsiyə edib.

 

“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, nə barədə danışdığımı başa düşəcəksiniz", - deyə Lavrov qeyd edib.

Xəbəri paylaş: