Son günlər baş verən faciəli hadisələr fonunda Ermənistan Respublikasının dövlət quruluşunda xaos hökm sürür".
Rezonans.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, ölkənin Baş naziri Nikol Paşinyanın dövlət sisteminin daxildən parçalanmaması istiqamətində böyük səylərinə baxmayaraq, hazırda heç bir nəzarət mexanizmi işləmir.
"Ermənistanın müxtəlif ölkələrdə akkreditə olunmuş ondan çox konsulu istefa ərizəsi ilə müraciət edərək, belə biabırçı şəraitdə Ermənistan hakimiyyəti ilə işləmək fikrində olmadıqlarını bildirib. Eyni mənbənin məlumatına görə, son bir həftə ərzində erməni diasporunun nümayəndələri Ermənistan Respublikasının müxtəlif ölkələrdəki səfirləri və konsulları ilə çox sərt söhbətlər apararaq, Ermənistan hakimiyyətinin "anti-Artsax" və ümumiyyətlə anti-erməni siyasətini kəskin tənqid ediblər. XİN-dən də bizə bildirdilər ki, bir neçə səfir də istefa vermək istəyib, lakin onlarla ayrı-ayrılıqda söhbətlər aparılıb, onları heç olmasa indiki mərhələdə öz vəzifələrində qalmağa inandırmağa çalışıblar”, - nəşr yazıb.