Ermənistan-Türkiyə sərhədi açılacaq?

img

Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanması, o cümlədən sərhədlərin açılması tamamilə rəsmi İrəvanın atacağı addımlardan asılıdır.

Rezonans.az xəbər verir  ki, bu barədə "RİA Novosti"yə Türkiyə prezidentinin dəftərxanasındakı mənbə bildirib.

"Bizim (Türkiyə və Ermənistan - red.) münasibətlərimizin normallaşmasına, görüşlərin keçirildiyi faktiki prosesə gəlincə, İrəvanın konstruktiv, səmimi və sülhsevərliyini görəndə növbəti addımlar barədə danışmaq mümkün olacaq. Biz danışıqları davam etdirməyə hazırıq", - mənbə bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, regionda yeni vəziyyət yaranıb, əməkdaşlıq üçün geniş imkanlar var.

"Belə bir yanaşma olduqda, düşünürəm ki, sərhəd məsələsinə qədər o prosesdə konkret dəyişikliklər görəcəyik".  

Ötən gün “Hürriyyət” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Ermənistan Türkiyəyə üçüncü ölkə vətəndaşları üçün sərhədləri açmağı təklif edib, Ankara bu təklifin əleyhinə deyil.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.

Xəbəri paylaş: