Bütün tərəflərə, xüsusilə Ermənistana xatırladıldı ki, Cənubi Qafqazda daimi sülhə gedən yol yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz yaradılması və bütün ölkələrin rifahına töhfə verəcək müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə açıla bilər".
Rezonans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öznün sədrliyi ilə Beştəpədə keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) toplantısı zamanı deyib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləməyə davam edəcək.