Azərbaycan və Ermənistan nümayəndə heyətləri eyni masada

img

Bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının hərbi və hərbi-texniki əməkdaşlığa həsr olunmuş iclası keçiriləcək.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səkkiz ölkənin - Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirliklərinin nümayəndə heyətləri artıq Tula vilayətinə gəliblər. 

"Görüş zamanı nümayəndə heyətlərinin rəhbərləri qarşılıqlı maraq doğuran bir sıra hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Həmçinin dünyada yaranan hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq", - məlumatda deyilir.

Xəbəri paylaş: