Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Almaniya tərəfini Transxəzər beynəlxalq nəqliyyat marşrutunun və Xəzər dənizinin limanlarının inkişafında iştirak etməyə dəvət edib.
Rezonans.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Mərkəzi Asiya dövlət başçılarının və Almaniya kanslerinin Berlində keçirilən son görüşündə deyib.
"Bu gün Mərkəzi Asiya regionu Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində kontinental körpü kimi mühüm rol oynayaraq qlobal nəqliyyatda əsas halqaya çevrilir. Transxəzər marşrutunun inkişafı və onun Qlobal Gateway strategiyası ilə əlaqəsi xüsusi əhəmiyyət kəsb edir
Ortamüddətli perspektivdə "Bu dəhlizlə yükdaşımaların həcmi 5 dəfə artırıla bilər. Buna nail olmaq üçün hazırda sistemli iş aparılır. Biz alman tərəfdaşlarını Transxəzər marşrutunun və Xəzər dənizinin limanlarının inkişafında, habelə nəqliyyat gəmilərinin birgə istehsalında və logistika mərkəzlərinin yaradılmasında fəal iştirak etməyə dəvət edirik” - Tokayev Mərkəzi Asiya dövlət başçılarının və Almaniya kanslerinin Berlində keçirilən son görüşündə deyib.
Dövlət başçısının sözlərinə görə, onun mətbuat xidmətinin sitat gətirdiyi kimi, Qazaxıstan müəssisələri dünya bazarında titan və digər materialların çatışmazlığını doldurmağa hazırdırlar. "Qarşılıqlı fəaliyyət üçün digər mühüm prioritet ekologiya və yaşıl iqtisadiyyatın inkişafı sahələri olub.