
Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin “daxili işlər nazirliyinin polisləri” silahlarının hamısını Xankəndidə qoyaraq Qarabağı tam şəkildə tərk ediblər.
Rezonans.az-ın məlumatına görə, qondarma rejimin “Daxili İşlər Nazirliyi”nin binası Azərbaycan polisinin nəzarətinə keçib.
Hazırda Azərbaycan polisi ərazidə xidmət aparır.