Türkiyənin Uşak bölgəsindəki ibtidai məktəbdə yeməkxanada satılan toyuq dönəri və düyü yeyən 65 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılaraq müalicə altına alınıb.
Rezonans.az xəbər verir ki, Uşakın mərkəzində yerləşən Yaşar Akar İbtidai məktəbində günorta saatlarında özəl yeməkxanada satılan toyuq dönəri və düyü yedikdən sonra axşam saatlarında 65 şagird ürəkbulanma və qusma şikayəti ilə müraciət etməyə başlayıb. Şagirdlər ailələri tərəfindən Uşak Təhsil və Araşdırma Xəstəxanasına və şəhərdəki özəl xəstəxanaya aparılıb. Müalicə olunan 65 tələbədən 32-si evə buraxılıb.