"Fitrənin pulla çıxarılması daha məqsədəuyğundur" - QMİ sədrinin müavini

img

Bu günə həm də fitr bayramı deyirlər. Bu bayramın da özəlliyi insanların fitrə çıxarmasıdır".

Rezonans.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, bBu, ailədə hər bir fərdə görə 10-15 manat civarında hesablanıb: "Mən xahiş edirəm, insanlarımız fitrəni pulla çıxarsınlar. Çünki belə daha məqsədəuyğundu".

Onun sözlərinə görə, belə olan halda həmin məbləğ ehtiyaclara uyğun xərclənə bilir: "Pulla çıxarılmanın özəlliyi odur ki, belə olan halda, ehtiyacı olan kəslər həmin məbləği məhz həmin ehtiyaca xərcləyə bilirlər".

Xəbəri paylaş: