Putin Priqojinin keçmiş köməkçisinə yeni vəzifə verdi

img

Rusiya prezidenti Vladimir Putin “Vaqner Qrupu”nun keçmiş köməkçisinə yeni vəzifə verib.

Rezonans.az xəbər verir ki, Kremldən verilən açıqlamada Ukraynada könüllü əsgərlərin koordinasiyası üçün "Vaqner" Qrupunun rəhbəri Yevgeni Priqojinin keçmiş müavini Andrey seçilib.

Kremlin bəyanatına görə, Putin Troşevə deyib ki, onun vəzifəsi “ilk növbədə Ukraynadakı müharibəyə aid olan xüsusi hərbi əməliyyatlar zonasında müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməyə qadir könüllü birləşmələrin yaradılması ilə məşğul olmaqdır”.

Keçmiş polkovnik olan Troşev əvvəllər Rusiya ordusunda Əfqanıstan, Çeçenistan və Suriyada xidmət edib. 

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Troşev hələ də Müdafiə Nazirliyində işləyir.

 

Xəbəri paylaş: