“Azərbaycan məni də tələb edəcək” - Movses Akopyan

img

Son bir neçə gündə bir neçə erməni separatçısının Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi İrəvanda çoxlarını təşvişə salıb.

Rezonans.az xəbər verir ki, Ermənistanın silahlı qüvvələri baş qərargahının keçmiş rəisi, keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycanın növbəti hədəfi o olacaq.

“Bilirəm ki, onlar məni də tələb edəcəklər. Ola bilər ki, Ermənistan rəhbərliyi məni təhvil verməyə çalışsın, amma buna nail olmayacaqlar”, - Akopyan qeyd edib.

Xatırladaq ki, Akopyan Azərbaycanın Xocavənd rayonunda anadan olub. O, 2007-2015-ci illərdə qondarma separatçı rejimin “müdafiə naziri” işləyib.

Bununla yanaşı, Akopyan həm də Ermənistanın təhlükəsizlik şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır. O, sonuncu dəfə Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi vəzifəsində işləyib və baş nazir Nikol Paşinyanla ziddiyyətlərinə görə vəzifəsindən istefa verib.

Xəbəri paylaş: