Rəhbər vəzifələrdə çalışan qadın prokurorların sayı açıqlandı

Rəhbər vəzifələrdə çalışan qadın prokurorların sayı açıqlandı

Prokurorluq orqanlarında çalışan qadınlar prokurorluq işçilərinin 8,5 faizini təşkil edir.

Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev AZƏRTAC-a müsahibəsində məlumat verib.

Baş prokuror bildirib ki, qadın prokurorluq əməkdaşlarından 8-i rəhbər vəzifələrdə çalışır: “Onlardan 1 nəfər idarə rəisi, 2 nəfər rayon prokuroru, 3 nəfər idarə rəisinin müavini, 1 nəfər rayon prokurorunun müavini, 1 nəfər şöbə rəisi vəzifəsində işləyir”.

Xəbəri paylaş: