Gəncədə mağazadan 15 min manatlıq siqaret oğurlandı

img

Gəncədə mağazadan külli miqdarda tütün məmulatı oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Rezonans.az-a verilən xəbərə görə, Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 15000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gəncə sakini M.Rzayev saxlanılıb.

Araşdırma aparılır.

Xəbəri paylaş: