"Kolonna Azərbaycanın Qarabağı azad etməsindən təşvişə düşüb" - Ömər Çelik

img

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvana səfəri zamanı Ağrıdağ dağının şəklini “X” sosial şəbəkəsində paylaşaraq Ermənistan ərazisi kimi göstərməsinə münasibət bildirib. 

Rezonans.az xəbər verir ki, Çelik bu addımın çox böyük səhv olduğunu bildirib.

O, qeyd edib ki, bu, Azərbaycanın Qarabağı azad etməsi ilə bağlı ümidsizlik və təşviş əlamətidir:

“Bu yazı silinməlidir! Ağrıdağ təsvirindən bu şəkildə istifadə etmək böyük diplomatik səhvdir”.

Xəbəri paylaş: