2023-cü il Kimya üzrə Nobel Mükafatı ilə bağlı qalmaqallı iddia ortaya atılıb. Belə ki, 2023-cü il Kimya üzrə Nobel Mükafatı laureatlarının adlarının rəsmi açıqlamadan təxminən 4 saat əvvəl elektron poçt vasitəsilə İsveç mətbuatı ilə paylaşıldığı məlum olub. Akademiyadan məsələ ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
Rezonans.az xəbər verir ki, İsveç media qurumları TV4, SVT və TT yerli vaxtla saat 11.45-də rəsmi açıqlamadan təxminən 4 saat əvvəl elektron poçt vasitəsilə press-reliz aldıqlarını, Moungi Gabriel Bawendi, Louis E. Brus və Aleksey İ. Ekimovun Nobel mükafatı aldığını bildirdilər.
İsveç Kral Elmlər Akademiyasının baş katibi Hans Ellegren Associated Press (AP) agentliyinə açıqlamasında deyib: "Biz nə baş verdiyini bilmirik. Bu, çox acınacaqlı bir vəziyyətdir və belə bir hadisənin baş verməsindən çox təəssüflənirik. Nə baş verdiyini dəqiq deyə bilmərəm, çünki biz də bilmirik”.
Akademiya üzvü Göran Hansson yerli mətbuata verdiyi açıqlamada, "Hər kəsin mükafat sahibləri haqqında eyni anda məlumat əldə etməsi mühüm bir prinsipdir. Ancaq rəqəmsal dövrdə sızmalar qəzet çağından fərqli şəkildə baş verə bilər".
Akademiyadan məsələ ilə bağlı araşdırmaların davam etdirildiyini bildiriblər.