Kubanın paytaxtı Havananın mərkəzində bir müddət əvvəl çatlar olan tarixi bina çöküb.
Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində dağıntılar altında qalan 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bina söküntü işləri aparılan zaman qəfil çöküb.
Uçmuş binanın yaxınlığında yerləşən məktəbin şagirdləri də ehtiyat tədbiri olaraq başqa tədris ocağına göndərilib.