Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı bazasına hücum: 8 yaralı var

img

Suriyada PKK/YPG terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin (TSK) bazasına raket zərbəsi endirib. Hücum zamanı 5 polis və 3 əsgər yaralanıb.

Rezonans.az xəbər verir ki, axşam saatlarında Suriyanın PKK /YPG terror təşkilatının nəzarətində olan Tel-Rifat çölündə terrorçular tərəfindən Türkiyə Silahlı Qüvvələrinin Dabiq bölgəsindəki baza ərazisinə çoxlüləli reaktiv yaylım atəşi ilə hücum edilib.

Hücum zamanı baza ərazisində olan 5 xüsusi əməliyyat polisi və 3 əsgər yaralanıb. Yaralı təhlükəsizlik qüvvələri hücumdan sonra bölgədən çıxarılaraq təcili yardım maşınları ilə Qaziantep və Kilisdəki xəstəxanalara aparılıb. Hücumdan sonra Suriyada sərhəd xəttində və baza bölgəsində yerləşən hərbçilər PKK/YPG terrorçularının yerləşdiyi bölgədə haubitsa və reaktiv yaylım atəşinə tutulub.

Xəbəri paylaş: