Fransa Kiyevə ümumi dəyəri 100 milyon avro olan hərbi yardım göndərib və yeni tədarüklər planlaşdırır.
Rezonans.az xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı məlumatda bildirilir
"100 milyon avro dəyərində öldürücü və qeyri-öldürücü hərbi yüklərin tədarükü həyata keçirilib. Fransa əlavə hərbi imkanlar verməyə davam edəcək", - deyə məlumatda qeyd olunur.
Fransa silahla yanaşı, tibbi ləvazimatlar, çadırlar, gigiyena dəstləri və ərzaq da daxil olmaqla, ümumi dəyəri 100 milyon avro olan təxminən 615 ton humanitar yardım göndərib.