Bəzi qüvvələr Azərbaycanın ərazi bütövlüyü bərpa etməklə barışa bilmir - Spiker

img

Dünən Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə qəbul edilib. Bu, onu göstərir ki, bəzi qüvvələr Azərbaycanın keçiridiyi antiterror tədbirləri ilə ölkənin bütövlüyü bərpa etməklə barışa bilmir.

 

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib. 

 

“Ölkəmizi “etnik təmizləmə” ilə ittiham edənlər hazırkı prosesə baxmalıdır. Qeyd edək ki, bu qətnamə Fransalı deputatların təşəbbüsü ilə hazırlanıb və qəbul edilib.Bu da ilk dəfə qarşılaşdığımız iş deyil. Çünki Fransa həmişə olduğu kimi öz birtərəfli niyyətini göstərir.  Amma bunu da bilsinlər ki, haqq və ədalət Azərbaycanın tərəfindəndir. Bir daha bildiririr ki, ölkəmizdən uzaq dursunlar”. 

 

Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.

Xəbəri paylaş: