İşğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyi hədəfləyib.
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
“Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası üçün dövlətimizin həyata keçirdiyi tədbirləri Avropa Parlamenti görmək istəmir. Bununla da ikili standartlardan əl çəkmədiyini göstərir. Azərbaycanı etnik təmizləmədə ittiham edilməsi isə siyasi məsuliyyətsizliyin ən bariz nümunəsidir”, - deyə o bildirib.