Türkiyədə ağır qəza: 5 ölü, 17 yaralı

img

Türkiyənin Qaziantep bölgəsində D-400 quru yolunun Şatırhöyük hissəsində baş verən qəzada bir yük maşını qırmızı işıqda gözləyən 2 xidmət vasitəsi ilə 2 avtomobili əzib.

Rezonans.az xəbər verir ki, əyləcləri tutmayan yük maşınının işıqforda 3 avtomobilə çırpılması nəticəsində 5 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bölgəyə çoxlu sayda səhiyyə, xilasetmə və təhlükəsizlik qüvvələri göndərilib. Yolda avtomobillərin hərəkəti dayandırılıb. 

Xəbəri paylaş: