"Rusiya ilə biz ancaq onun təslim olmasına imza ata bilərik" - Danilov

img

Rusiya Federasiyasının özünün təslim olması istisna olmaqla, onunla ilə heç bir sülh sazişi imzalanmamalıdır. 

Rezonans.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. 

"Rusiya ilə biz ancaq onun kapitulyasiyasını imzalaya bilərik. Onlar bunu nə qədər tez etsələr, bu, öz ölkələri üçün bir o qədər yaxşı olar", - Aleksey Danilov bildirib.

Xəbəri paylaş: