Almaniya bu şərtlə Rusiya sanksiyalarını ləğv edəcək

img

Kiyev və Moskva arasında razılaşma olmadan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv edilə bilməz.

 

Rezonans.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz bildirib.

 

O, həmçinin qeyd edib ki,  Almaniyanın əsas məqsədi Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını asanlaşdırmaqdır.

 

“Rusiyanın Ukrayna ilə razılığı olmadan biz sanksiyaları ləğv etməyəcəyik. Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə razılığa gəlməlidir”, - deyə kansler ZDF telekanalının efirində bildirib.

Xəbəri paylaş: