Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 kvadratmetr olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 15 kvadratmetr sahədə və mətbəxin lambirdən ibarət tavanı 9 kvadratmetr sahədə yanıb.
Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.