BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə həsr olunmuş fövqəladə iclası keçirilir.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski teleqram kanalında məlumat verib. İclas Nyu-York vaxtı ilə saat 15:00-da başlayıb.
Tədbir bağlı qapılar arxasında keçirilir.










