İranın Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfər zəhərlənib.
Rezonans.az xəbər verir ki, bu barədə vilayətin Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fatma Nevruziyan məlumat yayıb.
O bildirib ki, zəhərlənənlərdən beşi ölüb, 11 nəfərinin vəziyyəti ağırdır, üç nəfər isə görmə qabiliyyətini itirib.
Polis saxta içki istehsal edən şəxslərin müəyyənləşdirildiyini və indiyədək 8 nəfərin nəzarətə alındığını açıqlayıb.