Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində iştirak edəcəklər

img

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev MDP PA-nın Təhlükəsizlik və yeni çağırışlar və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın və Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın,  deputatlar Rüfət Quliyev, Malik Həsənov və Mixail Zabelin qurumun İqtisadiyyat və maliyyə, Nəzarət-büdcə, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün oktyabrın 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər. 


Rezonans.az xəbər verir ki, Millət vəkilləri MDB PA-nın təşkilatçılığı ilə keçiriləcək “Dağlıq ərazilərin davamlı inkişafı” adlı beynəlxalq forumun işində iştirak edəcəklər.


Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 15-də başa çatacaq. 

Xəbəri paylaş: