Köçəryanın oğlu da İrəvandakı aksiyalara qoşuldu

img

Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən vətəndaş itaətsizliyi aksiyaları davam etməkdədir.

Rezonans.az
Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu gün səhər bir qrup müxalifət fəalı İrəvanın mərkəzi küçələrindən birini - Komitası bağlayıb. Aksiyada Ermənistanın ilk dəfə ikinci prezident Robert Köçəryanın oğlu Levon Köçəryan da iştirak edib.


Fəallar məşəl yandırıblar. 


Hüquq-mühafizə orqanları fəallara küçəni təmizləmək və nəqliyyatın hərəkətini bərpa etmək üçün 5 dəqiqə vaxt verib. Bundan sonra hüquq-mühafizə orqanları fəalları geri çəkməyə başlayıb.


Müqavimət hərəkatının üzvləri təhlükəsizlik qüvvələri ilə qarşı-qarşıya qalmayıb və şəhərin mərkəzinə doğru irəliləyiblər.

Ermənistan mediası təkcə dünənki aksiyalarda 200-ə yaxın etirazçının saxlandığını yazır.


İrəvanda təxminən iki həftədir baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları davam edir.

Müxalifət onun başçılıq etdiyi hökuməti Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə ittiham edir.

Etirazçılar İrəvanda "Paşinyan - satqın", "Paşinyan - Azərbaycan və Türkiyə maraqlarına xidmət edir", "Ayağa qalx, Ermənistan", "Nikol-türk" çağırışları ilə yürüşlər keçirir, şəhərin bir hissəsini o biri hissəsi ilə birləşdirən körpüləri, küçə və prospektləri bağlayıb nəqliyyatın hərəkətini iflic etməyə çalışır.

Xəbəri paylaş: