ADPU ilə Mediasiya Şurası arasında görüş keçirilib

img

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Rezonans.az xəbər verir ki, görüşdə Mediasiya Şurasını Bakı 8 saylı Mediasiya Təşkilatı təmsil edib. Bakı 8 saylı mediasiya təşkilatının rəhbəri Mayıl Əhməd və təşkilatın mediatorları Pəri Əhmədova, Ayaz Süleymanov Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib. Günümüzdə Mediasiyanın rolu və əhəmiyyətini vurğulayan mediatorlar tələbələrlə müxtəlif kazuslar ətrafında müzakirələr edib və tələbələri maraqlandıran sualları cavablandırıblar.

Tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib və tələbələrlə xatirə şəkli çəkilib.

Xəbəri paylaş: