Sahibə Qafarova və Mustafa Şentop müzakirə aparıb

img

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop ilə danışıb. 

 

Rezonans.az xəbər verir ki, bununla bağlı Mustafa Şentop özünün “Tvitter“ hesabında paylaşım edib. O qeyd edib ki, Sahibə Qafarova ilə telefonda müzakirə aparıb: 

 

"Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefon danışığı zamanı Azərbaycan xalqının Ramazan bayramını təbrik etdik. Regionda baş verənləri müzakirə etdik, may ayında Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclasının əhəmiyyətindən bəhs etdik". 

Xəbəri paylaş: