Bakıda küləyin sürəti saniyədə 23 metrə çatıb - FAKTİKİ HAVA

img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 11-i saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, Xaçmaz, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Neftçala, Biləsuvar, Lerik, Lənkəranda arabir yağış yağıb, şimal qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Xidmətdən Rezonans.az-a verilən məlumata görə, küləyin maksimal sürəti Bərdə, Şəkidə 18, Şabranda 16, Bakıda və Abşeron yarımadasında isə 23 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18°-dək, Naxçıvan Muxtar Respublikasında 24°-dək, Aran rayonlarında 23°-dək, dağlıq rayonlarda 8°-dək isti təşkil edib.

Xəbəri paylaş: