"Prezident Aparatının şöbə müdirləri və digər şəxslər çevriliş etmək istəyirdilər" - Deputat

img

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu və ondan əvvəlki müddət hamar olmayıb. Çünki Heydər Əliyevin oğlu olmaq həm şərəfli, həm də məsuliyyətlidir”. 

Rezonans.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

"Prezident İlham Əliyevə qarşı olan haqsızlıqların çoxunu bilirik. Hələ o vaxt Heydər Əliyevə qarşı Qorbaçov və ətrafında olan ermənilərin ən ağrı zərbələrini məhz Prezident alıb. Demokratiya qırıntıları Heydər Əliyevin oğlu olduğuna görə İlham Əliyevin Naxçıvana getməsinin qarşısını alırdılar. Bax, bu cür ağrılı və əziyyətli proseslərdən keçib", - deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev 5 dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Ulu öndərlə çiyinə-çiyinə çalışıb:

"Bundan başqa, 2003-cü ildəki seçkidən sonra AXCP-Müsavat dəstəsi Azadlıq meydanına tökülüşdülər. Şüşələri sındırıb, maşınları əzirdilər. O zaman da İlham Əliyevin qətiyyəti nəticəsində çevrilişə cəhdlərin qarşısı alındı. Həmçinin, dövlətimizin çörəyini yeyən Prezident Aparatının şöbə müdirləri və digər şəxslər çevriliş etmək istəyirdilər. Cənab Prezidentin qətiyyəti nəticəsində çevrilişlərin qarşısı alındı. Sonrakı dövrlərdə də İlham Əliyev Azərbaycana qarşı təxribat aparanların qarşısını aldı və nəticə qələb ilə başa çatdı. Bir sözlə, Prezidentin bütün gördüyü işlər Ümummilli lider Heydər Əliyevin siyasi xəttidir. 1920-ci ildən bu yana kimsə xalqın lideri hesab olunmayıb. Xalqın ümummilli lideri Heydər Əliyev, lideri isə İlham Əliyevdir”.

Xəbəri paylaş: