Hakan Fidan Misirə səfər edəcək

img

Türkiyənin xarici işlər naziri Misirə səfər edəcək. 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Fidan Misirin xarici işlər naziri Sameh Şukrinin dəvəti ilə 13-14 oktyabr 2023-cü il tarixlərində Misirdə rəsmi səfərdə olacaq.

Görüşlər zamanı ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Xəbəri paylaş: