İsrail 1,1 milyon fələstinlinin Qəzzanın cənubuna təxliyə edilməsini tələb etdi

img

İsrail BMT-ni məlumatlandırıb ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməlidir.

Rezonans.az-ın məlumatına görə, təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

"BMT hesab edir ki, belə yerdəyişmə dağıdıcı humanitar nəticələr olmadan baş verə bilməz", - deyə o qeyd edib.

S.Düjarrik əlavə edib ki, bu tələb “bütün BMT əməkdaşlarına, eləcə də BMT təsisatlarına, o cümlədən məktəblərə, sağlamlıq mərkəzlərinə və klinikalara sığınmış şəxslərə” aiddir.

Xəbəri paylaş: