Milli Məclisin deputatı Avstriyaya səfər edəcək

Milli Məclisin deputatı Avstriyaya səfər edəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili oktyabrın 16-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə səfər edəcək.

Rezonans.az xəbər verir ki, deputat səfər çərçivəsində Avstriya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcək.

Səfər oktyabrın 19-də başa çatacaq.

Xəbəri paylaş: