Güney Azərbaycanda Biləsuvar gömrüyünün işçiləri həbs edildi

img

Güney Azərbaycanda Biləsuvar gömrüyünün işçiləri həbs edilib.

Rezonans.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. 

Güney Azərbaycanın Biləsuvar şəhərinin prokuroru Rəhim Cəngcunun məlumatına görə, həbs edilən 8 gömrük işçisi və 6 vasitəçi rüşvət almaqda və korrupsiyada günahlandırılıblar.

Daha 9 gömrük əməkdaşı barəsində isə həbs edilən məmurlarla əlbir olduğu üçün araşdırma başladıldığı bildirilib.

Xəbəri paylaş: