Güclü Azərbaycanın yaradılması dövlət siyasətinin illər boyu əsas prioriteti olmuşdur

img

44 günlük Vətən müharibəsi bizlərə möhtəşəm Qələbəni bəxş etməklə yanaşı, unudulmayacaq xatirələr, Güclü Lider-Güclü Xalq-Güclü Ordu şüarları ilə dolu həm çətin, həm də qürurlu və sevincli günlər yaşatdı.

İstərdim sizlərə bu gün başıma gələn real bir hadisədən danışım. Ailəmlə birgə Şəhidlər xiyabanına getmişdik.1991-1992 ci ildə şəhid olan qəhramanların qəbirləri önündən keçərkən anam və atam əvvələr tanıdıqları şəhidlərimizdən danışaraq, onları yad etdilər. Biraz da irəli adımladıqda 2-ci Qarabağ müharibəsində şəhid olmuş qəhramanların qəbirləri önünə gəldik, bu zaman isə mən əvvəl tanıdığım igidlərdən bəhs edib onları  yad  etdim. Gözlərimiz doldu, təbii ki keçmiş günləri unutmaq olmur. İndi biz sadəcə şəkillərinə baxaraq onların torpaqlarımızın bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlıqdan qürurla söhbət açırıq. 

Bəli zaman fərqli, şəhidlərin mütləq əksəriyyəti Qarabağı görməyən gənc soydaşlarımız olsa da onlar Vətən- Azərbaycan uğruna birləşərək hər biri döyüşlərdə canından keçdi, hər biri qorxusuz, igid və mərd idi. Mən 1991-1992- ci ilərdə heç yox idim amma ailəm var idi, onların sayəsində həmin illərdə şəhid olan qəhraman oğulları tanıdım. Vaxt gələcək mənimdə övladlarım, şagirdlərim mənlə birgə Şəhidlər xiyabanına gələrək onları tanıyacaq,mən isə öz borcumu yerinə yetirib ətraflı  danışacam ki, şəhidlərimiz qəhrəmanlıq dastanı yazıb, çətin yollar keçərək Qarabağımızı azad etdilər.  

Tarixi unutmaq olmaz, qeyd etdiyim kimi 2-ci Qarabağ müharibəsi şəhidləri heç Qarabağı görməmişdir, onlar məktəbdə tarix dərsindən və evdə valideynlərinin danışdığı hekayələrdən bilirdi ki, Qarabağ hardadır və kimin torpağıdır.  Unutmarıq və əsla unutdurmarıq.Qarabağ bizim qəlbimizdədir!,Qarabağ Azərbaycandır!

Bunu əzəldən bilirdik və həqiqəti heçkim dəyişə bilmədi. Yalanın ömrü 40 gündür deyirlər bizim 30 ilimizi aldı, amma 44 gündə bu yalana son qoyan igidlərimiz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazdılar. Siz deyin, onları unutmaq olarmı? Onları yad etməmək olarmı? Olmaz, ola bilməz! Onlar heç görmədikləri Qarabağı reallığa çevirərək, geri qaytardılar bu yolda hər şeyi gözə alaraq qanlarını tökdülər, canlarını verdilər. Bəli şəhidlərimizin əksəriyyətinin yaşı 18-30  arası idi. Onların etdiyi igidlik heçnə ilə ölçülə bilməz.

Nə qədər də bizlər şəhidlərimizi  ziyarət etsək azdır. Onların sayəsində biz indi sağ və salamatıq,Vətənimiz bütöv, Qarabağımız bizimdir. Bilirəm, inanıram ki, hər iki döyüşdə şəhid olmuş igidlərin ruhu şaddır. Səbəb odur ki, qanları yerdə qalmadı Qələbə bizim oldu,erməni mifinin ömrü bitdi, xalqımız həqiqətə qovuşdu! Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünyaya sübut etdik!

 

Nüşabə Məmmədova 

YAP Yevlax rayon təşkilatının fəalı,"Yevlax Gənclər Evi" SXM-nin əməkdaşı

Xəbəri paylaş: