Bu gün Azərbaycan Ordusunda elə hal var ki, heç kəs hərbi xidmətdən yayınmaq istəmir”.
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, əvvəllər bunu edənlər də artıq hərbi xidmətə getmək üçün müraciət edir: “Rayonlarda çağırış məntəqələrinin göndərmək hüququ var, amma o qədər get-gələ salırlar ki, ünvana gedib çata da bilmirlər. Amma aidiyyəti struktur olanda isə bu hallar aradan qalxacaq. Vətəndaşlar o xəstəxana, bu xəstaxanaya müraciət edir, heç dərdinə çarə də tapmırdı. Vahid sistem olanda bu problem olmayacaq. Mən 10 il dövlət çağırış komissiyasının üzvü olmuşam. 400-500 nəfər bizə müraciət edirdi, biz onları yönləndirirdik. Çəkisi ağır olanlar da müraciət edirdi ki, əsgər getmək istəyir, amma çəkiyə görə qoymurdular.
Artıq Azərbaycan Ordusu yeni mərhələyə keçib. Cənab Prezident Ordumuza yeni texnikalar alıb. Bu texnikaların idarə olunması üçün çoxlu kadrlar lazımdır, hansı ki, onlar 1 il deyil, daha uzun xidmət etməlidir. Ordunun böyük hissəsi müqavilə əsasında olan xidmətə keçir. Gələcəkdə bu faiz artmalıdır. Bu cür təyinatın müəyyən olunması vaxtında atılmış addımdır".