Əli Hüseynli Budapeştə səfər edəcək

img

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oktyabrın 18-də Macarıstanın Budapeşt şəhərinə səfər edəcək.


Rezonans.az xəbər verir ki, Milli Məclisin Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli səfər çərçivəsində bu ölkənin Lakitelek şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimində iştirak edəcək, o cümlədən Macarıstan parlamentində ikitərəfli görüşlər keçirəcək.


Səfər oktyabrın 19-da başa çatacaq.



Xəbəri paylaş: