Nazarbayevin statusu konstitusiyadan çıxarılır

img

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin "qurucu prezident" statusu ölkə konstitusiyasından çıxarıla bilər.

 

Rezonans.az xəbər verir ki, Konstitusiyaya düzəlişlə bağlı işçi qrupun müvafiq təklifi Konstitusiya Şurasına daxil olub.

 

Nazarbayevin ölkə qarşısında xidmətlərinin hər kəsə bəlli olduğu və bunun ölkə konstitusiyasında ayrıca qeyd olunmasına lüzum olmadığı bildirilir.

 

Xatırladaq ki, 2019-cu ilin martında Nursultan Nazarbayev dövlət başçısı postunu tərk edib.  O, 1990-cı ildən Qazaxıstana rəhbərlik edib.

Xəbəri paylaş: