Bakıda qayınata gəlinini GÜLLƏLƏDİ

img

Oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Rezonans.az-ın  sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinir. 

Araşdırma aparılır. 

Əlavə məlumat veriləcək.

Xəbəri paylaş: