“Brent” bahalaşdı

img

"Brent markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında 5,28 faiz bahalaşaraq bir barrel üçün 110,44 dollar təşkil edib.

Rezonans.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında bildirilib.

Saat 22:53 (Bakı vaxtı) üçün “Brent” markalı neftin qiyməti 5,74 faiz artaraq 111 dollar olub.

Sonuncu dəfə aprelin 19-da “Brent” markalı neftin qiyməti 111 dollar səviyyəsində olub.

“WTI” markalı neftin fyuçers qiyməti isə 5,42% artaraq 107,95 dollar/barelə çatıb.

Xəbəri paylaş: