Milli Məclisin deputatları Elnur Allahverdiyev, Kamran Bayramov və Sevil Mikayılova Parlamentlərarası İttifaqın 147-ci Assambleyasının işində iştirak etmək üçün oktyabrın 22-də Anqola Respublikasının Luanda şəhərinə səfər edəcəklər.
Rezonans.az xəbər verir ki, deputatlarımız Assambleyanın “Sülhün, ədalətin və güclü təsisatların dəstəklənməsi istiqamətində parlamentlərin fəaliyyəti” mövzusunda ümumi müzakirələrə qatılacaqlar, qurumun daimi komitələrinin iclaslarında müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.
147-ci Assambleya çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təşkilatın institusional inkişaf prosesinə, beynəlxalq fəaliyyətinə və əməkdaşlıq perspektivlərinə həsr olunmuş iclası keçiriləcək.
Səfər oktyabrın 28-də başa çatacaq.