Gürcüstan nüvə silahının mümkün istifadəsinə hazırdır

img

Gürcüstan hökuməti regionda nüvə silahının mümkün istifadəsinə hazırlıq üçün tədbirlər görür.

Rezonans.az xəbər verir ki, bunu respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili deyib.

Onun sözlərinə görə, Tbilisi “nüvə müharibəsi baş verəcəyi təqdirdə xüsusi plan hazırlayıb” və bu planda hər bir Gürcüstan departamenti üçün addımlar açıqlanıb.

Bundan əvvəl Gürcüstan parlamentinin respublika prezidenti Salome Zurabişviliyə impiçment elan edə bilmədiyi barədə məlumat yayılmışdı. Onun elanını parlament çoxluğundan olan 86 deputat dəstəkləsə də, 14 səs proseduru başa çatdırmaq üçün yetərli olmayıb.

Xəbəri paylaş: