Zəfər çalan xalq ədalətsizlik görmək və yaşamaq istəmir. Vəzifəli şəxslər xalqı incitmək yolundan çəkinsin, qanunla müəyyən edilmiş vəzifə borcunu yerinə yetirib vətəndaşı da borclu çıxarmasın, onun cibinə girməsin".
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
"Biz qələbə çalmışıq, fərqli dövlət olmuşuq və qanunsuzluq edənlərə də qarşı çəkinmədən mübarizə aparmaq, onları silib atmaq borcumuzdur və edəcəyik. Qarabağda zəfər çalan Prezidentin ölkəmizdə olan əyrilikləri də düzəldəcəyinə inanırıq", - deyə deputat bildirib.