Hökumətin elektromobillərin ölkəyə gətirilməsi ilə bağlı yaratdığı şərait vətəndaşlar tərəfindən alqışlanır. Bu gün elektromobillər sürətlə artır. Amma bununla bağlı problem odur ki, elektromobillərin doldurulma məntəqələri ilə bağlı ciddi problemlərlə qarşılaşırıq".
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, sahibkarların belə məntəqələr qurması üçün heç bir şərait yaradılmır.
"Onların əraziyə ehtiyacı var və paytaxtda tapmaq çox çətindir. Parklanma yerlərində elektromobillərin doldurulma məntəqələri qurulsa, yaxşı olardı. Həmçinin, taksi xidmətləri ilə bağlı ciddi narahatlıqlar var. İmkan olsa, aidiyyəti qurumlarla bununla bağlı dinləmə keçirək".