"Məhkəmədə baxılan işlərin 50 faizdən çoxu narkotiklə bağlıdır" - Fazil Mustafa

img

Narkotik vasitələrə qarşı mübarizənin effektli aparılması üçün ictimaiyəti bu prosesə lazımi səviyyədə cəlb edə bilmirik. Bunun üçün də hələki effektli nəticələrimiz yoxdur".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, məhkəmədə baxılan işlərin 50 faizdən çoxu narkotik xaraketrli cinayətlərlə bağlıdır:

"Həbs cəzası çəkən insanların xeyli hissəsi bu motivli cinayətlərə görə həbsdədir. Ona görə də məhkəməyə imkan verməliyik ki, bu adamları azadlıqdan məhrum etmək yerinə, onların müalicə almasına, daha çox inzibati məsuliyyətə cəlb olunaraq islah olunmasına müəyyən şərait yaradılsın".

Xəbəri paylaş: