Məktəblinin ölümü ilə bağlı araşdırma aparılır

img

Oktyabrın 18-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü Tunar Bayramovun növbəti gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Rezonans.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Tunar Bayramov Biləsuvarın Ağalıkənd kəndinin sakinidir.

Xəbəri paylaş: