Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edildi

img

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 30 iyul 2007-ci il tarixdə Fonda üzv olan “Muğan Bank” ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.

Rezonans.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 20 oktyabr 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

 

Reyestrə daxil olma tarixi                             

Bankın adı

1

30.07.07

ASC "XALQ"Bankı

2

30.07.07

"Azərbaycan Beynəlxalq Bankı"ASC

3

30.07.07

“ACCESSBANK” QSC

4

30.07.07

Melli İran Bankı Bakı filialı

5

30.07.07

"Azər-Türk Bank" ASC

6

30.07.07

"Bank of Baku" ASC

7

30.07.07

"Bank Respublika" ASC

8

30.07.07

"Kapital Bank" ASC

9

30.07.07

"YELO BANK" ASC

10

30.07.07

"Rabitəbank" ASC

11

30.07.07

"TURANBANK" ASC

12

30.07.07

"UNİBANK" KB ASC

13

30.07.07

Yapı Kredi Bank Azərbaycan QSC

14

07.08.07

"Expressbank"ASC

15

10.09.07

"Azərbaycan Sənaye Bankı" ASC

16

04.12.07

"Bank Avrasiya" ASC

17

04.12.07

"Paşa Bank" ASC

18

29.08.08

"Naxçıvanbank" ASC

19

16.01.09

"AFB BANK"ASC

20

26.02.09

BANK VTB (AZƏRBAYCAN) ASC

21

28.04.09

PREMIUM BANK ASC

22

15.04.10

Bank "BTB" ASC

23

15.05.15

"Ziraat Bank Azərbaycan" ASC

Xəbəri paylaş: