Bakıda çoxmərtəbəli binada yanğın OLUB

img

Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Rezonans.az xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

İlkin məlumata görə, yanğın yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin balkonunda qeydə alınıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Xəbəri paylaş: